İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram Orucova yüksək vəzifə verildi

945 24.07.2024 17:13 Son xəbər A A

Vəkillər Kollegiyasının Baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, yeni işə keçməsi ilə əlaqədar Kollegiyanın Baş katibi vəzifəsindən ayrılıb.

B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.

Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının Baş katibi (aparat rəhbəri) vəzifəsində çalışırdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR