İnsanlara hürriyət, millətlərə istiqlal!

Yatırım etmək istəyənlər üçün: Kriptovalyuta bazarında necə “oynamaq” lazımdır?

952 19.07.2024 16:05 İqtisadiyyat A A

Dünyada kriptovalyutalara alternativ yatırım aləti kimi maraq sürətlə artır. Bir çox ölkələrdə kriptovalyuta bazarının genişlənməsi fonunda bu sahənin tənzimlənməsi üçün hüquqi baza formalaşdırılır. Qardaş Türkiyədə cari ildə bu istiqamətdə mühüm addımlar atılıb. Azərbaycanda da kriptovalyuta bazarına maraq kifayət qədər böyükdür. Ölkə vətəndaşları arasında böyük kriptobirjalarda iştirakçı olanlar minlərlədir. Bu baxımdan, bu sahədə dünyada qeydə alınan trendlər, yeniliklər yalnız bazar iştirakçıları deyil, kriptovalyutaya yatırım etmək istəyənlər üçün də böyük maraq doğurur.

Bu marağı nəzərə alaraq, dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” şirkətinin CEE və Mərkəzi Asiya üzrə ofisinin rəhbəri Krill Xomyakovla qısa müsahibəni diqqətinizə təqdim edirik:

CANAV.jpeg (62 KB)

- Kriptovalyuta dünyasında ən son tendensiyalar hansılardır? “Binance” hansı tendensiyaları inkişaf etdirməkdə maraqlıdır?

-“Binance”nın açıqladığı son rəqəmlər rəqəmsal aktivlərə artan marağın aydın mənzərəsini nümayiş etdirir. Bu günədək olan məlumata görə, 2024-cü ildə “Binance”da 30 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib, qeydiyyatdan keçmiş istifadəçilərin ümumi sayı isə 200 milyonu ötüb. Eyni zamanda 2024-cü ilin əvvəlindən etibarən platformamıza edilən gündəlik ziyarətlərin ikiqat çoxaldığının və hər ay sazişlərdə iştirak edən istifadəçilərin sayının əhəmiyyətli dərəcədə artdığının şahidi olduq. Bundan başqa, “Binance” kriptoaktivlərin böyük axını ilə üzləşib ki, bu da platformada saxlanılan müştəri aktivlərinin ümumi həcminin ilk dəfə olaraq 100 milyard dolları ötməsinə ilə nəticələnib.

binance.jpg (29 KB)

Bu fəallıq spot ticarət həcminin əhəmiyyətli dərəcədə artımında əks olunur. “CCData”nın verdiyi məlumata görə, 2024-cü ilin mart ayında bu göstərici 121 faiz artaraq 1,12 trilyon dollara çatmışdır ki, bu da 2021-ci ilin may ayından bu yana ən yüksək spot həcmidir. Eyni qaydada derivativlərin ticarət həcmi 89,7 faiz artaraq 2,91 trilyon dollara və 2021-ci ilin may ayından bu yana ən yüksək səviyyəyə çatıb.

Rəqəmlər çox şeydən xəbər verir: kriptovalyutalar artıq yalnız investisiyalarla məhdudlaşmır, onlar həyatımızın hər sahəsinə nüfuz edir. Gündəlik transaksiyalardan tutmuş təhsilə və institusional iştirakçılara qədər kriptovalyutanın tətbiqi artır ki, bu da pul və rəqəmsal aktivləri qavrayış tərzimizdə, həmçinin onlarla qarşılıqlı əlaqəmizdə əsaslı dəyişikliyi göstərir.

Sektor inkişaf etdikcə qeyri-müəyyənlik qala bilər, lakin biz daha kriptovalyutaların tətbiq edilmə trayektoriyasından uzaqlaşmayacağıq. Daha çox insan, şirkət və qurum kriptovalyutalardan istifadə etdikcə daha inklüziv, şəffaf və mərkəzləşdirilməmiş maliyyə sisteminin əsası qoyulur.

“Binance”dan bəhs edərkən xüsusilə diqqət yetirdiyimiz iki sahəni qeyd edərdim. Birinci sahəyə normativlərə uyğunluq və təhlükəsizlik daxildir. “Binance” yerli qanun və qaydalara uyğunluğu təmin etmək məqsədilə dünyadakı bütün tənzimləyicilərlə fəal şəkildə əməkdaşlıq edir. Bura «Müştərini tanı» (KYC) və Çirkli Pulların Yuyulması ilə Mübarizə (AML) tədbirlərinin həyata keçirilməsi daxildir. Çoxfaktorlu autentifikasiya, soyuq saxlama və müntəzəm təhlükəsizlik yoxlamaları daxil olmaqla, istifadəçilərimizin vəsaitlərini və məlumatlarını qorumaq məqsədilə davamlı olaraq innovativ təhlükəsizlik tədbirlərinə sərmayə yatırırıq.

İkincisi isə təhsildir. Təhsil “Binance” üçün təməl daşıdır və biz getdikcə daha çox insanın təhsil platformaları və hablar vasitəsilə kriptovalyutalar haqqında öyrənməsini və onlardan necə istifadə edəcəyini anlamasını təmin etməyə çalışırıq. Bizim Binance Academy kimi layiqli təhsil platformamız var. Binance Academy müxtəlif hazırlıq səviyyələri üçün özündə minlərlə məqalə və ixtisaslaşdırılmış təlim kurslarını ehtiva edir. Bu materialın hamısı pulsuzdur. Binance Academy təhsil müəssisələri də daxil olmaqla, əməkdaşlığa açıqdır. Hazırda biz Ermənistanın bir neçə universiteti ilə blokçeyn haqqında bilikləri birgə genişləndirməyə dair danışıqlar aparırıq.

Biz bu ilin aprel ayında “Kriptoməktəb” adlı genişmiqyaslı onlayn təhsil layihəsini elan etdik. Təşəbbüs çərçivəsində Azərbaycandan milyonlarla istifadəçi blokçeyn və kriptovalyutalar haqqında əsas bilikləri tamamilə pulsuz əldə edə bilər.

- Birjada hansı yeniliklər nəzərdə tutulur və onlar sizin regional böyümə - xüsusilə Azərbaycanla bağlı planlarınızla necə əlaqəlidir?

photo_2022-11-09_13-.jpg (107 KB)

-Keçmiş MDB ölkələrində bazar lideri olan “Binance” üçün Azərbaycan, həqiqətən, maraqlı və yüksək potensiallı bazarı olan dövlətdir. Kriptovalyutalar azərbaycanlıların gündəlik həyatına daxil olur və artıq bu prosesi dayandırmaq qeyri-mümkündür.

Ölkədə əsas məsləyimizi “Binance”ın dünyaca məşhur məhsullarının inkişafı və onların yerli bazarda istifadəçilər üçün əlçatan olması təşkil edir. Bu ilin iyul ayında Azərbaycandan olan “Binance” istifadəçiləri üçün yeni fiat kanalını elan etdik. İndi istənilən “Binance” istifadəçisinin platformamızda kriptovalyutalar almaq üçün Azərbaycan manatından istifadə etmək imkanı var.

Təhsil təşəbbüsləri də prioritetdir. Biz icmamız üçün müntəzəm olaraq müxtəlif fəaliyyət növləri, ticarət müsabiqələri və marketinq kampaniyaları təşkil edirik. Bu il Azərbaycanda icmamızla ilk görüşü keçirməyi də nəzərdə tutmuşuq.

-“Binance” Azərbaycandan olan istifadəçilərlə necə işləyir? Azərbaycanda kriptovalyuta mübadiləsi üçün hansı qanunvericilik maneələri mövcuddur? Bu sahədə təkmilləşdirmə üçün nə təklif edərdiniz?

-“Binance” Azərbaycandan olan istifadəçilər də daxil olmaqla, bütün istifadəçiləri ən yaxşı istifadəçi təcrübəsi ilə təmin etməyə çalışır.

Bayaq qeyd etdiyim kimi, biz ilk fiat kanalını işə salmışıq, bunun sayəsində istənilən “Binance” istifadəçisi indi platformamızda kriptovalyuta almaq üçün Azərbaycan manatından istifadə etmək imkanı əldə edir. Yaxın günlərdə platformamızın Azərbaycan dilinə lokallaşdırılması istiqamətində səyləri gücləndirməyi planlaşdırırıq. Yeni təhsil təşəbbüslərinin həyata keçirilməsi üzərində dayanmayacağıq.

Qanunvericilikdən bəhs edərkən qeyd etmək istəyirəm ki, kriptovalyuta sənayesi böyüyüb, bu gün də misli görünməmiş sürətlə böyüyür və son beş ildə istifadəçilərin müdafiəsi baxımından inkişaf edib. Tənzimləyicilər istehlakçıların müdafiəsi məqədilə zəruri standartları təmin edən rəqəmsal aktivlər üçün normativ baza və nəzarət praktikasını işləyib hazırlayırlar. “Binance” rəqəmsal aktivlərin kütləvi şəkildə geniş tətbiqinə kömək edəcək effektiv və lazımi tənzimləmənin zəruriliyi barədə uzun illər ərzində açıq şəkildə çıxış etmişdir. Biz qəti şəkildə inanırıq ki, sabit normativ-hüquqi mühit innovasiyaları dəstəkləyə bilər və sənayeyə olan inamı və o, uzunmüddətli inkişafı təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Biz bütün dünyada, o cümlədən Azərbaycanda olan tənzimləyicilərlə qarşılıqlı əlaqə imkanlarını alqışlayırıq. Biz birgə çalışmaqla tənzimləmənin istehlakçıları düzgün şəkildə qorumasına, o cümlədən innovasiya və tərəqqini yaymağa davam etməsinə zəmanət verə bilərik.

-“Binance” kriptovalyutaya investisiya yatırmaq istəyən Azərbaycan vətəndaşlarına nə təklif edir?

crpx.jpg (193 KB)

-“Binance” ilk növbədə bitkoin (BTC), Ethereum (ETH) və bir çox altkoinlər kimi məşhur kriptovalyutalar da daxil olmaqla, ticarət üçün kriptovalyutaların geniş seçimini təklif edir.

Biz Azərbaycandan olan istifadəçilərə Azərbaycan manatı ilə kriptovalyuta almağa imkan verən fiat kanalını işə salmışıq. Həmçinin istifadəçilər üçün kriptovalyutada pul qazanmağın bütün imkanlarını özündə birləşdirən universal məhsul − Binance Earn əlçatandır. Təhsil və analitik resurslar (Binance Academy və Binance Research) Azərbaycan əhalisi arasında populyarlıq qazanır. Xüsusilə qeyd etmək istərdim ki, Binance istifadəçilərə hər hansı problem və ya suallarla bağlı kömək etmək məqsədilə 24/7 müştəri dəstəyini həyata keçirir.

-Bizim regionda ən çox rəqəmsal valyuta istifadəçisi hansı ölkədədir? Bu bölgədə ofis açmaq nəzərdə tutulubmu?

-Burada lider, şübhəsiz, Türkiyədir. Türkiyə dünyada kriptovalyutanın tətbiqi üzrə ən yüksək göstəriciyə malik olan ölkələrdən biridir. “HedgewithCrypto”nun verdiyi məlumata görə, son üç il ərzində ölkədə tətbiq səviyyəsi iki dəfədən çox artaraq əhalinin 16 faizindən 40 faizinədək yüksəlib. Rəqəmlərə əsasən, hər beş vətəndaşdan ikisi kriptovalyuta sahibidir. “Chainalysis”in rəqəmlərinə görə, Türkiyə həmçinin dünyada tranzaksiyaların təxmini həcmi üzrə dördüncü ən böyük kriptovalyuta bazarıdır və o, digər iqtisadiyyatları qabaqlayır.

Lokal ofislərə gəlincə, “Binance” distant məsafədə çalışan təşkilatdır. Biz, demək olar ki, dünyada mərkəzləşdirilməmiş iş sahəsində, bəlkə də, qabaqcıllarıq. Lakin lisenziyamızın olduğu və ya qeydiyyatdan keçdiyimiz yurisdiksiyalarda lokal ofislərimiz var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR