İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaşıl düyün” İŞƏ DÜŞDÜ - agentlərin öldürdüyü Kiyanın valideynləri görün nə etdi...

1089 04.04.2023 15:24 Gündəm A A

İranda hakimiyyətin bütün təzyiq, təqib, edam və həbslərinə baxmayaraq, etiraz aksiyaları davam edir.

Musavat.com xəbər verir ki, bunu yayılan məlumatlar da təsdiqləyir.

Məlumata görə, Təbriz, Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Ərdəbil, Mazandaran, Xuzistan və bir sıra əyalətlərində etiraz aksiyaları davam edib.

Aksiyalarda “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” və bu kimi şüarlar səsləndirilib. Fəallar Azərbaycan bayrağını müxtəlif yerlərdən asıblar. Onlar istəklərinin yerinə yetirilməsi üçün “yaşıl düyün” (yaşıl otları düyünləmək) adət-ənənəsinə uyğun olaraq İslam Respublikasını devirmək arzusu ilə təbiət qoynunda yaşıl düyün bağlayıblar və bu yolla xalqın azadlığına ümidlərini ifadə ediblər.

Qadınlar ənənələrinə sadiq qalaraq küçələrdə hicabsız rəqs ediblər.

Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində 7 iş yerinin lisenziyası məcburi hicab qaydalarına riayət edilmədiyi üçün ləğv edilib.

Ərdəbil əyalətindəki Heyran aşırımında etirazçılar Təbiət Günü mərasimi zamanı hökumət əleyhinə şüarlar səsləndiriblər.

Mazandaran əyalətinin Nouşəhr şəhərində “Qadın, Həyat, Azadlıq!” şüarlarının səsləndirildiyi etiraz aksiyası zamanı İran İslam Respublikasının agentləri tərəfindən öldürülən Hənane Kiyanın valideynləri “İranın azadlığı” və övladının “qatillərinin tapılması” üçün yaşıl düyün (yaşıl otlar) bağlayıblar.

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Təbiət Günündə hicabsız gənc qız xalq arasında Azərbaycan rəqsi edib, hicablı qadın isə onu təbrik edib.

Xuzistan əyalətinin Həftqol meydanında Qaşqay türkləri 13-cü Bədr mərasimini rəqs və şənliklə qeyd ediblər. Mərasimə hicablı və başı açıq qadınlar, eyni zamanda kişilər qatılıblar.

Təbiət Günü münasibətilə bir qrup qadın Məscid Süleyman şəhərində kişilərlə bərabər hicabsız şəkildə rəqs edib, əyləniblər.

Kürdüstan əyalətində Kürdüstan Müəllimlər Birliyi elan edib ki, müəllim fəal Süleyman Abdinin həbsi davam edərsə, üzvləri Saqqız şəhərində təhsil müəssisəsi qarşısında etiraz aksiyası keçirəcəklər.

Qeyd edək ki, İranda şagird və tələbələrin müəmmalı zəhərlənməsi də davam edir. Belə ki, 22 Bəhmən adına Qız Məktəbinin şagirdləri zəhərlənib, 5 şagirdin vəziyyəti ağır olduğundan İmam Sulduz xəstəxanasına  aparılıb. İranda bu hal artıq silsilə forma alıb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR