İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamal qəbiristanlığındakı soyğunçuluğa bələdiyyədən REAKSİYA VİDEO

608 25.04.2023 14:56 Hadisə A A

Yasamal qəbiristanlığının yəhudilər uyuyan hissəsində qəbirlərin ətrafı dağıdılıb.

Musavat.com xəbər verir ki, qəbiristanlıqda bəzi məzarların ətrafına çəkilmiş dəmir məhəccərləri oğurlayıblar.

Musavat.com-a şikayət edən paytaxt sakinləri qeyd ediblər ki, hər dəfə qəbiristanlığa gələndə bu cür faktlarla üzləşirlər. Onlar yaxınlarının qəbirlərinin bərpa olunmasını istəyir və ərazinin qorunmamasından narahatlıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı cavabdeh qurum olan Yasamal Bələdiyyəsi ilə əlaqə saxladıq. Yasamal Bələdiyyəsi bələdiyyə mülkiyyətinə nəzarət şöbəsinin müdiri Rizvan Mahmudov Musavat.com-a açıqlamasında faktı təsdiqlədi: “Məsələ barədə məlumatımız var. Orada 4 nəfər oğurluq edib, Bakı şəhər Baş Polis İdarəsi, rayonun polis idarəsi bu məsələdən xəbərdardır. Artıq o adamlar həbs olunub. Biz tanıdığımız qəbirləri bərpa etmişik. Xahiş edirəm, mənim nömrəmi o şəxslərə verin, onların da şikayətlərini yerində həll edək”.

Qurum rəsmisi ərazidə mühafizə sisteminin olub-olmaması ilə bağlı məsələyə də toxundu: “Ərazi böyük olduğuna görə canlı qüvvə ilə buna nəzarət edə bilmirik. Amma polisin tapşırığı ilə qəbiristanlığın 90 faiz ərazisi artıq kamera nəzarətindədir. Bir aya yaxındır ki, artıq orada oğurluq hadisəsi baş vermir. Narkomanlar, tüfeyli həyat sürənlər gəlib dəmirləri oğurlayıb aparırdılar, amma onlar da həbs olundu. Mühafizə xidməti yoxdur, amma gecədən səhərə kimi orada polis maşınları yoxlama aparırlar”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR