İnsanlara hürriyət, millətlərə istiqlal!

Xalq artistinin qızından gənc yazıçıya SƏRT SÖZLƏR:"Sən hələ özün gör kimsən"

1101 01.08.2024 15:23 Şou-biznes A A

“Gənc yazıçı Akif Eminquey atamın “İki sevda çəkənlərin cəzası var” mahnısını öz aləmində “biqeyrət mahnı” adlandırıb. Mən heç onu tanımıram, heç bir əsərini oxumamışam. Mənə deyəndən sonra bildim ki, bu fikirləri atam haqqında deyən yazıçıdır. İşin-gücün yoxdur?! Qalıblar kimdən yazsınlar! Başından böyük danışıb! Bu türk mahnısıdır. Məzəli, şən, yarızarafat mahnıdır. Bu mahnını Muğam müsabiqəsində də uşaqlardan biri çox gözəl ifa etmişdi. Xanəndələrdən biri mahnıya irad bildirdi. Hacıbaba sağ olsaydı sən onu deyə bilərdin?! Bu sözlər belə yazılıb, atam sadəcə bəzi yerlərdə düzəliş edib. İndi bu yazıçı da “Onu burax mənə gəl, olurmu yar?” sözlərini öz aləmində ələ salıb. O demir ee onu burax, mütləq mənə gəl. Bildirir ki, belə şey olar ki, onu burax, mənə gəl?!”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova deyib. O daha sonra əlavə edib.

“Bir bilsəm ki, Hacıbabadan nə istəyirlər?! Sağ olanda sənət aləmindən düşmənləri, sevməyənləri çox idi. Kişinin ölüsünə də paxıllıq edirlər. Mən belə başa düşürəm. Sən hələ özün gör kimsən, sonra otur Hacıbabadan danış! O gün facebookda paylaşıblar, görürəm ki, xanəndə Babək Niftəliyev Hacıbaba Hüseynovdan danışır. Deyir ki, Hacıbaba Hüseynov Zülfü əminin nağara ifaçısı olub. Guya o Zülfü (Adıgözəlov) əmini görüb?! Sən Zülfü əminin nəticəsi yaşındasan. Sənin heç yaşın çatmır! Hacıbaba sənətə gələn günündən heç kimin nağara çalanı olmayıb! Nağara ifaçısı kimi sadəcə toylara gedib. Onu nağara ifaçısı kimi Teyyub Dəmirov sənətə gətirib. Bunu el-aləm bilir. Xanəndə kimi də atamı səhnəyə xalam Sara Qədimovanın xahişi ilə Əhməd Bakıxanov, Cahangir Cahangirov gətirib. Babək, sən heç bilirsən nə danışırsan?! Sən bunları kimdənsə eşidə bilərsən, amma çox nahaq yerə çıxıb efirdə belə deyirsən!!! Mən buna icazə vermərəm!! Babəkin cavabını sosial şəbəkələrdə mən yox, elə Hacıbaba Hüseynov sevərlər verib. Eşitmək başqa, bilmək başqa! Biz ailəsi ölməmişik ki! Gəl bizdən soruş da”, - deyə sənətkarın qızı deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR