İnsanlara hürriyət, millətlərə istiqlal!

Xorvatiyanın eks-prezidenti: "Bu, Avropaya arxadan təpik oldu"

312 14.03.2025 10:43 Siyasət A A

Tramp və Putini tanıyan biri kimi deyə bilərəm ki, ikisi də dəyişib. Tramp insan hüquqlarının qayğısına qalır. O, müharibəni dayandırmaq istəyir.

Musavat.com xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitarovic XII Qlobal Bakı Forumunda "Sülhə gedən yol" adlı paneldə çıxışı zamanı bildirib.

Sabiq prezident qeyd edib ki, Tramp ona hörmət bəsləyən liderlərə müraciət edir:

"O bizi naşükür hesab edir. Biz Avropa İttifaqında 2 faiz büdcəmizi müdafiə məqsədləri üçün xərcləyəcəyimizi bildirmişik. Bəzi öıkələr bunu icra etmədi. Biz daha qlobal oyunçu olmaq istəyirik. Amma öz bacarıq və resurslarımızın qayğısına qalmırıq. Hər kəs bilir ki, geosiyasi münasibətlər bizi oyadıb. Bu, Avropaya arxadan təpik olub. Avropalı həmkarlarla müdafiənin gücləndirilməsi üçün müzakirə aparmışıq. Təkliflər çoxdur - satınalma, investisiyaların cəlb olunması və s. Eyni zamamda konktet planlar da var. Lakin onların bəziləri risklidir. Risk yoxdursa, qazanc yoxdur. Bu proses Avropaya təkan verə bilər. Düşünürəm ki, Aİ müdafiə dəstəyini göstərməli, Rusiyaya qarşı çıxmalıdır".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR