İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq

165 14.03.2025 22:19 Siyasət A A

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarını yüksək qiymətləndirib.

Musavat.com xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrikin yaydığı açıqlamaya görə, Quterreş tərəflərin sülh sazişi layihəsi üzrə danışıqları başa çatdırması ilə bağlı verilən bəyanatları müsbət qarşılayır.

Baş katib, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edərək, bütün həll olunmamış məsələlərin uzunmüddətli sülh naminə razılıq əsasında nizamlanmasını dəstəklədiyini vurğulayıb.

BMT rəsmisi əlavə edib ki, təşkilat Azərbaycan və Ermənistanın atdığı addımları yaxından izləyir və regionda sabitliyin və barışığın bərqərar olması üçün sülh prosesinə tam dəstək verməyə hazırdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR