İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəşir Süleymanlı və Altay Məmməd həbs edildi

2477 14.03.2025 21:23 Ölkə A A

Məhkəmə daha bir qeyri-hökümət təşkilatının rəhbəri barəsində həbs qərarı verib.

Musavat.com-un xəbərinə görə, Seçki Müşahidə Alyansının rəhbəri Altay Məmməd Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Məhkəmə qeyri-hökümət təşkilatının rəhbəri barəsində həbs qərarı verib.

Musavat.com-un xəbərinə görə, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında adıçəkilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR