İnsanlara hürriyət, millətlərə istiqlal!

Xokkey üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

1005 27.05.2022 00:14 İdman A A

Finlandiyada keçirilən buzüstü xokkey üzrə dünya çempionatında bütün yarımfinalçılar müəyyənləşib.

"Report"un məlumatına görə, finala vəsiqə uğrunda ev sahibləri ilə yanaşı, Kanada, Çexiya və ABŞ yığmaları mübarizə aparacaqlar.

1/4 finalda Kanada İsveçi 4:3, Çexiya Almaniyanı 4:1, ABŞ İsveçrəni 3:0, Finlandiya isə Slovakiyanı 4:2 hesabı ilə məğlub edib.

Yarımfinalda Finlandiya millisi ABŞ-la, Kanada seçməsi isə Çexiya ilə qarşılaşacaq. Bu raundun qarşılaşmaları mayın 28-də gerçəkləşəcək.

Qeyd edək ki, final və 3-cü yer uğrunda görüş mayın 29-da olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR