İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda yaşayış binasında partlayış olub YENİLƏNİB

611 16.08.2022 01:20 Hadisə A A

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa yaşayış kompleksindəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və bina sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər.

Hələlik partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat yoxdur.

***

Xırdalanda yaşayış binasının qarajında baş verən yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğına binanın elektrik qutusundakı qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və sakinlər təhlükəsiz əraziyə təxliyə ediliblər.

Yanğın 15 dəqiqə ərzində söndürülüb və bundan sonra sakinlər evlərinə qayıdıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR