İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN Müstəqillik Günü münasibətilə xalqı təbrik etdi

312 28.05.2024 10:55 Siyasət A A

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə nazirliyin "X"dəki hesabında paylaşım edilib.

"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - deyə paylaşımda qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR