İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN-dən TƏCİLİ: Sərhədə və Qarabağa irimiqyaslı silah toplanır, “Qüds” və PKK AĞDƏRƏDƏ! Ədalət Verdiyevlə CANLI

1351 14.08.2023 11:42 Siyasət A A

Son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. Bu barədə Azərbaycan XİN-in bu gün yaydığı bəyanatda bildirilib.

“Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub”, - bəyanatda qeyd olunub.

750 milyon dollarlıq silahı Hindistanın Mumbay limanından İrana, oradan da Zəngəzur dəhlizinə daşınıb. Musavat.com bildirir ki, silahın təxminən 70 faizi Rusiya sülhməramlıları vasitəsilə Qarabağa, əsasən də Ağdərəyə keçirilib. Ekspert Əziz Əlibəylinin sözlərinə görə, iki gündür baş verən proseslər göstərir ki, Azərbaycana qarşı hibrid müharibəni reallaşdırmağa çalışırlar:

“İrana aid “Qüds” briqadaları və “Həşdi Şabi” terror qruplaşması daxil, PKK-nın da iştirak etdiyi 1500 nəfərlik dəstə artıq Qarabağdadır. Onların iştirakı ilə həm separatçıların, həm də Laçın dəhlizi istiqamətində toplaşan erməni ordusunun çarpaz hücumu gözlənilə bilər. Bu, həm də elə bir vəziyyətdə ortaya çıxan şəraitdir ki, sülh addımları ilə bağlı nə əldə olunmuşdusa, onlar zərbə altına düşür və bizim də leqal hədəflərimiz yaranır. Azərbaycan, Türkiyə, Çin, Pakistan, o cümlədən Böyük Britaniya və adını çəkmədiyimiz digər ölkələrin prizmasından yenidən təkrarlana biləcək hərbi əməliyyatlarda kifayət qədər böyüyən bir miqyas yaranır. Bu, İranın məsələsinə çevrilir. Ermənistanın ənənəvi baxışı ondan ibarət idi ki, problemi iki dövlət arasından çıxartsın və qloballaşdırsın.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Ədalət Verdiyevlə bölgədəki gərginliyi müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR