İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN başçısı: "İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır"

260 19.04.2023 13:44 Siyasət A A

"İsrail ilə Azərbaycan arasındakı əlaqələr strateji xarakter daşıyır".

Musavat.com xəbər verir ki, bunu İsrailin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni aprelin 19-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.

Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirən və bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirən İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb.

Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR