İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzəryanı ölkələr QƏRAR VERDİ - 2026-cı ilə qədər İCAZƏ VERİLMƏYƏCƏK

1074 27.11.2025 18:08 Dünya A A

Xəzəryanı ölkələr - Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan Xəzər dənizində nərə balıqlarının kommersiya məqsədi ilə ovlanmasına qoyulan qadağanın müddətini 2026-cı ilə qədər uzadıb.

Musavat.com xəbər verir ki, “Rosrybolovstvo”nun məlumatına görə, bu növlərin tutulması yalnız elmi tədqiqat və süni çoxaldılma məqsədi ilə mümkün olacaq.

Qərar Türkmənistanda keçirilmiş Xəzər üzrə ortaq bioloji resursların qorunması və idarə olunması komissiyasının 9-cu sessiyasında qəbul edilib. 

Ölkələr həmçinin bütün Xəzər dənizi üçün vahid balıq ovu qaydalarının işlənib hazırlanması və gələn il üçün digər ortaq su bioresursları üçün ov həcminin təsdiq edilməsi barədə razılığa gəliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR