İnsanlara hürriyət, millətlərə istiqlal!

Xətaidə köməksiz vəziyyətdə qalan üç yaşlı uşaq xilas olundu - VİDEO

405 03.03.2024 22:12 Hadisə A A

Bakıda köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR