İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR

467 29.07.2024 00:39 Dünya A A

Rusiyanın Moskva vilayətində "Patriot" parkında ildırım vurması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

"Hazırda bir nəfərin vəziyyəti ağır qiymətləndirilir, daha iki nəfərin vəziyyəti orta ağırdır", - deyə idarədən bildirilib.

Üç qurbandan biri - 67 yaşlı kişi kliniki ölüm keçirib. Ona həmçinin kəllə-beyin travması diaqnozu qoyulub. Digər qurbana beyin silkələnməsi və kəllə-beyin travması diaqnozu qoyulub.

Eyni zamanda, mənbənin sözlərinə görə, ildırım vurması nəticəsində xəsarət alan iki qadının vəziyyəti qənaətbəxşdir.//Oxu.Az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR