İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəritəçəkən Medvedyev - O, Rusiyanın yeni xəritəsinə Ukraynanı da salıb

1191 12.06.2024 14:31 Dünya A A

Rusiya Federsiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev həmvətənlərini “Rusiya günü” münasibətilə təbrik edib və içinə Ukraynanın ərazisini də alan xəritə videosu yayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, həmin animasiyalı videoda Rusiyanın Uzaq Şərqdən qərb sərhədlərinə qədər olan xəritəsini əks etdirir və bu ərazilər tədricən ölkənin dalğalanan bayrağının rəngləri ilə doldurulur. Üçrəngli rəng şərqdəki Kuril adalarından ərazini rəngləndirməyə başlayır və qərb sərhədlərinə, Kaliniqrada qədər çatır.

Xəritə Ukraynanın təkcə şərq bölgələrini deyil, həm də qərb bölgələri (Lvov, İvano-Frankivsk, Ternopil və digər bölgələr) Rusiya sərhədlərinin içində göstərir.

owl_wide_1200_c5f6dde54d0e9268d651e535b1a0f8c0.jpg (99 KB)

Medvedyev öz açqlamalarında və yazılı qeydlərində dəfələrlə Ukraynanın dövlətçiliyini itirməsindən, birbaşa ABŞ və NATO ölkələri tərəfindən idarə olunmasından bəhs edib.

Bu gün Ukrayna, sadə dillə desək, ABŞ və NATO ölkələrinin birbaşa nəzarətində olan dominion kimi bir şeydir. O, çətinlik çəkməsə də, tamamilə onların əlindədir

Siyasətçinin sözlərinə görə, Aİ diplomatiyasının rəhbəri Xosep Borrel də etiraf edib ki, Kiyevə silah ötürülməsi dayandırılarsa, Ukraynada münaqişə bir neçə həftəyə başa çatar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR