İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəbərdarlıq edildi: Bu ölkəni tərk edin

2825 30.06.2024 08:30 Dünya A A

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi Hizbullahla İsrail arasında yaranan gərginlikdən dolayı vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Bu barədə TASS məlumat yayıb.

"Səudiyyə Ərəbistanının səfirliyi Livanın cənubunda baş verən hadisələri diqqətlə izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa, həmçinin orada olan vətəndaşlarını dərhal Livan ərazisini tərk etməyə çağırır", - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, iyunda İsrail ordusu Livanda hücum əməliyyatı planını təsdiqləyib. Artıq bir sıra ölkələr vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırıb./axar.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR