İnsanlara hürriyət, millətlərə istiqlal!

Xatirə izləyicilərini təhqir etdi: “Həyatını qoyun kimi yaşayanlar...” - FOTO

837 11.07.2022 20:02 Şou-biznes A A

Müğənni Xatirə İslam bir neçə gün əvvəl təyyarədəki uşaq səslərindən gileylənərək dediyi “Mercedes”in puluna bilet almışam, səs-küyə baxın” ifadələrinə görə tənqid olunub.

Oxu.Az xəbər verir ki, Xatirə sosial şəbəkə hesabında paylaşım edərək onu qınayanlara cavab verib.

Müğənni: “Aramızda məsləhət verməyi sevən, ağılsız, savadsız, dünyagörüşü sıfırın altında olan və həyatını qoyun kimi yaşayanlar, təəssüf ki, çoxdur. Bu aqressiya yalnız sənət adamlarınadır”, - yazıb.

Xatirə İslam məsləhət də verib.

“Həzm etməyə kömək edən dərmanlardan istifadə edin, sakitləşdirici için”, - deyə  ifaçı paylaşımına əlavə edib.

Sözügedən paylaşımı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR