İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xaş-xaş 2022” - saxlanılanlar var 

971 22.08.2022 12:56 Hadisə A A

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayon sakinləri C.Xamiyev və Ş.Quliyev saxlanılıblar. Onların kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə yaş çəkisi 11 kiloqramdan artıq 21 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR