İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici investorlar Rusiyadan 36 milyard dollar çıxarıb

239 30.05.2023 14:53 Region A A

Xarici investorlar Rusiyadan təxminən 36 milyard dollar çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə "BKF Bank"ın analitik departamentinin rəhbəri Maksim Osadçiy bildirib.

O, Mərkəzi Bankın məlumatlarını təhlil edib. Həmin rəqəmlərə əsasən, 2022-ci ilin martından 2023-cü ilin martına qədər Rusiyanı tərk edən şirkətlər 200 aktiv satış həyata keçirib. Üstəlik, bu satışların təkcə 20 faizi 100 milyon dollardan çox olub.

"Aktivlərin ölçüsü ilə bağlı Pareto 80/20 qaydasının tətbiqini fərz etsək, biz xarici investorların Rusiyadan çıxardığı kapitalın həcmini 36 milyard dollar səviyyəsində qiymətləndirə bilərik" - deyə Osadçiy qeyd edib.

Rusiya Federasiyasının Mərkəzi Bankı ümummilli miqyasda, Rusiya aktivlərinin xarici investorlar tərəfindən satışının daxili bazara təsirinin məhdud olduğunu xəbər edib. Çünki bu cür əməliyyatların əhəmiyyətli bir hissəsi lazımi lisenziyaların və patentlərin qorunmasını əhatə edir, üstəlik, bir çox şirkət geri dönməyi gözləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR