İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndində fövqəladə vəziyyəti kim və niyə elan edə bilər - Araikin qanunsuz qərarı...

1412 01.04.2022 09:20 Gündəm A A

Hərbi vəziyyət Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, ölkə Prezidentinin fərmanı ilə elan edilirsə, o halda...

Ötən həftə Xankəndində keçirilən etiraz aksiyalarından təşvişə düşən separatçı rejimin rəhbərliyi “hərbi vəziyyət” elan edib. Separatçı rejimin rəhbəri Araik Arutyunyan bununla bağlı müvafiq “sənəd” imzalayıb. Elan edilmiş “hərbi vəziyyətə” əsasən, hər hansı kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.  

Lakin hərbi vəziyyət haqqında qanun konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.

Hərbi vəziyyət Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elan edilir.

Ümumiyyətlə, belə bir sual ortaya çıxır ki, sülhməramlıların yerləşdiyi ərazinin məsuliyyət zonasında hərbi vəziyyət elan etmək səlahiyyəti kimə məxsusdur? Bakıdan xəbərsiz hansı tərəf burada hərbi vəziyyət necə elan edə bilər? Məsələ həm də ondadır ki, əgər Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti bunu edibsə, o zaman niyə rəsmi şəkildə bəyan etmir? Qondarma rejimin bu addımının hansı əsası var? Yeri gəlmişkən, Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib ki, Azərbaycanın Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinin çıxarılmasını tələb etməsi məntiqsizdir. Onu da əlavə edib ki, Ermənistan qoşunlarını harada saxlayacağına, hara hərəkət edəcəyinə özü qərar verir.

Xocalının Pirlər kəndində ermənilər təxribata cəhd edir — VİDEO

Lakin Xocalının Pirlər kəndinə ermənilərin gətirilməsi və silahlandırılması görüntüləri antiterror əməliyyatının keçirilməsinə əsas yaradacaq ən real kadrlardır. Mövqeləri dağıdılandan sonra ABŞ, Fransa və Rusiya da bəyanatlar verəcək. Amma bu, nəyisə dəyişmir, hətta prosesə müdaxilə imkanı olan rusların da indiki halda nəsə etmək imkanı azdır. Fərrux əməliyyatı ən effektiv variantın bu olduğunu təsdiqlədi.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Araikin bu qərarının heç bir hüquqi əsası yoxdur və onların fəaliyyət göstərməsi 10 noyabr sənədinin mahiyyətinə ziddir. “Separatçıların Qarabağda mövcudluğu sülhməramlıların və Qərbdəki hamilərinin dəstəyindən irəli gəlir. Beynəlxalq konvensiyalar separatizmi rədd edir. Ona görə Araikin başına torba keçirilib gətirilməsi təmin olunmalı, mühakimə edilməlidir. Çünki Azərbaycan qanunlarını pozmaqdadır, qanunsuz silahlı birləşmələrə rəhbərlik etməkdədir”, - deyə A.Əlizadə vurğuladı.

Arzuxan Əlizadə — Vikipediya

Arzuxan Əlizadə

Partiya sədri təəssüf edir ki, Rusiya və bəzi Qərb ölkələri oyuncaq rejimi himayə etdiyi üçün onlar belə özbaşına addımlar atmaqda cəsarət tapırlar: “Hansı ”hərbi vəziyyət"dən söhbət gedə bilər? Onlara bu səlahiyyəti kim verib? Bu kukla rejimin"müstəqilliyi"ni heç Ermənistan tanımır. Özləri qərar verir, özləri eşidir, guya hansısa ayrıca respublikadırlar. Bu baxımdan qanunsuz halların qarşısı qısa zamanda alınmalıdır".

ALDP sədri Fuad Əliyev hesab edir ki, Araikin Xankəndindən ya meyiti çıxmalıdır, ya da qandallanıb Bakıya gətirilməlidir: “Onun hərəkətlərinə son qoymağın zamanıdır. Bir müddət əvvəl Baş Prokurorluq da açıqladı ki, istintaqa təqdim olunması təmin ediləcək. Azərbaycan Ordusu bunu edə bilər və onu bunkerdən çıxarıb məhkəmə önünə gətirə bilərik. Necə ki, Türkiyədə PKK lideri Abdulla Öcalan, eləcə də Qarabağda Araik Arutyunyan terrorçudur. Bu şəxs Qarabağ ermənilərinin lideri kimi özünü aparır, ”Dağlıq Qarabağ" qondarma qurumu yaradıb, amma heç bir dövlət onları tanımır. Ona görə Fərrux dağından irəli getməli, məsələni həll etməliyik. Azərbaycan dövlətinin bu problemi həll etmək hədəfi var və biz bu ilin sonuna qədər ciddi nəticələrə şahid olacağıq. Üstəgəl, “Böyük qayıdış” olduqdan sonra separatçıların vəziyyəti daha da pisləşəcək".

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa

Deputat Fazil Mustafanın dediyinə görə, bu məsələdə Azərbaycan bir qədər daha fəal mövqe tutmalıdır: “Xankəndində hələ də qalmaqda olan qondarma rejim başçısı Araik Arutyunyan orada ”hərbi vəziyyət" elan edib. Bu baxımdan dərhal rus sülhməramlısına və Rusiya dövlətinə etiraz edilməlidir. Bu hərbi cinayətkar kimdir ki, orada fövqəladə vəziyyət elan edir? Həmçinin 10 noyabr bəyanatının 4-cü bəndinə uyğun olaraq orada olan qanunsuz hərbi birləşmələrin ləğvi nəzərdə tutulub. Buna əməl edilməlidir. Rus sülhməramlıları Xankəndidən caniləri çıxara bilmirsə, kənara dursun, biz onları özümüz oradan qovaq. Azərbaycan bu məsələdə müstəqil addım atmalıdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR