İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidən ilginc xəbərlər: hərbçilər oyuncaq “parlament”ə soxulub; Arayik Azərbaycanla görüşə…

1995 22.08.2023 09:21 Gündəm A A
 
 
Erməni mediası iddia edir ki, Qarabağın dağlıq hissəsində  “humanitar fəlakətlə paralel olaraq daxili siyasi vəziyyət də pisləşib”. Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, buna səbəb terrorçu rejimin keçmiş oyuncaq “dövlət naziri” Ruben Vardanyanın dediyi kimi, Arayik Arutyunyanın prezidentlikdən istefa vermək niyyəti olub. “Bu gün isə məlum oldu ki, Arayik Arutyunyan istefa vermək fikrində deyil. Partiyasının istefa verəcəyi təqdirdə dövlətçiliyin təhlükə altına düşəcəyi barədə bəyanatı da buna sübutdur.

Artsaxda vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda hərbi geyimli insanlar Artsaxın Milli Assambleyasına soxulublar”-NEWS.am saytının müxbiri ilə söhbətində “Artsax Respublikası Milli Assambleyası”nın “Ədalət” fraksiyasının “deputatı” Metakse Akopyan insidentlə bağlı məlumatı təsdiqləyib.

Məlum olur ki, qondarma rejimin  “milisləri”nin komandiri Karen Matevosyan öz tərəfdaşları ilə birlikdə oyuncaq “parlament”ə soxularaq yeni “seçilmiş rəhbər” David İşxanyandan “prezident” Arayik Arutyunyanı təhqir etdiyinə görə hesab tələb ediblər. “Sosial platformalarda narahatlıqlarını ifadə edən Artsaxın fəal vətəndaşları ərəfəsində zəng vurmağa və təhdid etməyə başladılar. Karen Matevosyan bu gün Facebook-da birbaşa ünsiyyət zamanı hər kəsə xəbərdarlıq edib: təhdidlər dayanmayacaq”-xəbərdə deyilir. “Artsaxdakı daxili siyasi vəziyyətlə bağlı diqqətçəkən məlumatı Faktİnfo-nun mənbəsi verib və qeyd edib ki, onlar ölkədə iki çıxış yolu görürlər: ya Arayik Arutyunyan təcili istefaya getməlidir, ya da Ağdam vasitəsilə Artsaxa ərzaq tədarükü başlayacaq. Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Artsaxa ərzaq məhsullarının idxalı məsələsi hakimiyyətin gündəmindədir. FaktXəbər-in məlumatına görə, Artsaxda hökumət komandası yaradılıb və o, yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq”-erməni saytı ardınca yazıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR