İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə vəziyyət gərginləşir: Sentyabrın 8-də...

3000 04.09.2023 23:56 Son xəbər A A

Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında qarşıdurma yeni mərhələyə keçib.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, Samvel Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib.

O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar. Lakin Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırki “rəhbərliyi”nə qarşıdır.

“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, - o deyib.

Babayan Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR