İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə “Qisas-3” əməliyyatı təşvişi, 10 min separatçı panikada - Akif Nağı ilə CANLI

831 01.07.2023 11:58 Gündəm A A

“Qarabağda vəziyyət nə qədər pisdirsə, ABŞ-da bir o qədər optimistdirlər”. Musavat.com xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants ABŞ-da Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilən görüşlə bağlı deyib.

“Ermənistan və Azərbaycan XİN başçılarının görüşü barədə amerikalıların şad və optimist açıqlamaları reallığı əks etdirmir.

Tərəflərin əsas məsələlərlə bağlı hələ də fikir ayrılığına sahib olduqlarını nəzərə alsaq, danışıqlarda hansısa əhəmiyyətli irəliləyişdən söhbət gedə bilməz. ABŞ entuziazmının izahı var. Bu ölkənin vəzifəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ya münaqişənin həlli deyil, burada məqsəd Rusiyanın regiondan sıxışdırılıb çıxarılacağı konfiqurasiyanın yaradılmasıdır”.

“Qisas-2” əməliyyatı nəticəsində Qarabağda qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib. Azərbaycan tərəfi humanizm prinsiplərindən çıxış edərək həmin cəsədlərin Ermənistana qaytarılmasını təmin edəcək və bu istiqamətdə sülhməramlılarla müvafiq təmaslar davam edir. Özlərinin də etiraf etdiyi kimi, məhv edilən hərbçilərdən ikisi Ermənistan Silahlı Qüvvələrinin hərbçiləridir. Bu fakt bir daha sübut edir ki, N.Paşinyan və digər rəsmilər nə qədər inkar etməyə çalışsalar da, Ermənistan Ordusunun Qarabağda fiziki mövcudluğu davam edir.

TVMusavat-ın saat 12:00-da canlı efirində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə söhbətləşir. Müzakirəyə tamaşaçılar da qoşula bilər.

facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR