İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə gərginlik artdı – Araik HƏDƏFƏ çıxarıldı – Elxan Şahinoğlu ilə CANLI

1051 02.05.2023 10:56 Siyasət A A

Xankəndidəki qanunsuz rejimdə gərginlik pik həddə çatıb.B u barədə məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, son zamanlar Nikol Paşinyanın təsir agentləri Qarabağda misilsiz aktivlik göstərərək, qondarma rejimin lideri Araik Artuyunyanı özlərinin nəzarəti altında saxlamağa çalışırlar:

“Bu xəttin tərəfdarları dünən Xankəndidə ruslara qarşı etiraz aksiyası təşkil edən Tiqran Petrosyan, Artur Osipyandır. Buraya həmçinin Arutyunyanın “müşaviri” Masis Mailyan və Samvel Babayan da daxildir. Bu qrup Arutyunyanı diqqətlə izləyir ki, Paşinyana qarşı çıxmasın. Bunu edəcəyi təqdirdə daxili iğtişaşları alovlandırsınlar”.
Qeyd edək ki, dünən Xankəndidə rus sülhməramlılarına qarşı etiraz aksiyası təşkil edilib. Etirazçılar sülhməramlılardan Laçın yolunun açılmasını tələb ediblər.

Bu arada Laçın sərhəd-keçid məntəqəsinə rentgen aparatı qoyulub. Bu barədə “Operativ Məlumat Mərkəzi” bildirib.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu olacaq. Müzakirələrdə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR