İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanımı İbrahim Borçalıdan üzr istədi

1054 01.07.2026 09:23 Şou-biznes A A

Həyat yoldaşı Zöhrə Həsənova müğənni İbrahim Borçalı üçün "Günə uğurla" verilişinə zəng edib. 

Bir neçə il əvvəl oğlu Rəhimi avtomobil qəzasında itirən Z.Həsənova ifaçıdan üzr istəyib:

"Biz elə bir yük, acı daşıyıb, ayaqda dururuq ki... Övladı cənnətdə olan valideynlərə deyirəm ki, biz Allahın sevimli valideynləriyik. Allah bizim yükümüzü ona görə ağır edib ki, cənnətdə övladımızla görüşəcəyik. Övladlar valideynlərə baxıb yolunu çəkir. 2 il özümü həyatdan təcrid etmişəm. Ayıldım ki, ailəm əlimdən gedir. İbrahimi əlimdən buraxdığım üçün ondan üzr istəyirəm. Sağlamlığı getdi. Allah onu sağlamlığına qovuşdursun. Onun böyük missiyası var, qız atasıdır. Bizim imtahan böyük oldu". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR