İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan ABŞ-ı şoka salan etiraf: "İranı üç gecə ard-arda vurduq, amma hazırda münasibətlərimiz yaxşıdır"

663 01.07.2026 17:45 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında Hörmüz boğazında baş verən hərbi qarşıdurmanın pərdəarxası məqamları və ölkəsinin qlobal texnologiya bazarında çip istehsalını tamamilə ələ keçirmək strategiyası barədə növbəti sensasiyalı bəyanatlarla çıxış edib.

Musavat.com xəbər verir ki, ABŞ lideri İrana qarşı həyata keçirilən son hərbi əməliyyatların miqyasını açıqlayaraq, Tehrana sarsıdıcı zərbələr endirildiyini etiraf edib. Tramp prosesi şərh edərək bildirib: "Onlar uzun bir yol keçiblər və hazırda düşünürəm ki, hər şey qaydasındadır. İranın nüvəsizləşdirilməsi prosesi çox uğurla davam edir, çünki tərəflər çox səmərəli danışıqlar aparıblar. Biz üç gecə ərzində onlara çox ağır və sarsıdıcı hərbi zərbələr endirdik, lakin buna baxmayaraq, hazırda bir-birimizlə çox yaxşı anlaşırıq".

İran mövzusundan sonra ABŞ-ın iqtisadi və texnoloji müstəqilliyinə toxunan Donald Tramp çip (yarımkeçirici) sənayesində inqilabi hədəflərinin olduğunu bəyan edib: "Mən prezidentlik müddətimi başa vurub vəzifəmdən gedənə qədər, ABŞ qlobal çip bazarının 50 faizinə sahib ola bilər. Bilirsiniz hazırda bizim əlimizdə nə var? Demək olar ki, heç nə!"

Tramp çıxışında ABŞ-ın nəhəng çip istehsalçısı "Intel" korporasiyası ilə dövlət adından apardığı gizli və maraqlı sövdələşmənin təfərrüatlarını da ilk dəfə ictimaiyyətə açıqlayıb: "Həmin vaxt 'Intel' şirkətinin ciddi dövlət köməyinə ehtiyacı var idi. Mən onların rəhbərinə dedim: "Mən sizə bu maliyyə köməyini edəcəm, lakin bunun müqabilində şirkətinizin 10 faizlik səhmini tamamilə pulsuz olaraq Amerika Birləşmiş Ştatlarına verəcəksiniz".

O, elə sürətlə "razıyıq" dedi ki, mən dərhal daxilimdə fikirləşdim: gərək şirkətin daha böyük hissəsini tələb edərdim.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR