İnsanlara hürriyət, millətlərə istiqlal!

Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - Video

490 01.07.2026 18:37 Ölkə A A

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüşüb.

Musavat.com xəbər verir ki, görüş əsnasında rektor və nazir arasında maraqlı dialoq yaşanıb.

Hafiz Paşayev bildirib ki, televiziyadan nazirin çıxışlarını izləyir: “Burada sizinlə birlikdə oturub sualları cavablandırmaq mənim üçün də maraqlıdır. Çünki mən televizorda suallara verdiyiniz cavabları izləyirəm, hərdən heç mən başa düşmürəm nə deyirsiniz. İndi çalışacağam başa düşüm. Çünki doğrudan da auditoriya çox xətalı şeydir. Bir şeyi istədiyin kimi deyirsən, sən istəyirsən başqa cür başa düşsünlər, amma onlar öz bildiyi kimi başa düşür”.

Nazir onun bu sözlərinə gülümsəyərək reaksiya verib, zalda isə tələbələrin gülüş sədaları eşidilib.

Ətraflı videomaterialda:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR