İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanım idmançı avtomobildə siqaret çəkdi: Az qala diri-diri yanacaqdı - FOTO

851 02.03.2024 08:40 Hadisə A A

Ryazan vilayətinin Bodibildinq Federasiyasının prezidenti, eləcə də bu idman növü üzrə dünya, Avropa və Rusiyanın mütləq çempionu Olqa Boqrunova ağır yaralanıb.

Musavat.com publika.az-a istinadən xəbər verir ki, o, üz, boyun və qol nahiyəsində yanıq xəsarətləri aldığı üçün reanimasiyaya yerləşdirilib.

Bu, Borqunovanın səhlənkarlığı ucbatından baş verib. 41 yaşlı qadın idmançı siqaret çəkərkən, güclü küləyin təsiri ilə köz qadının saçlarına tökülüv və alışaraq yayılıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Olqa Sklifosovski Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, faciə baş verən zaman idmançı avtomobil idarə edirmiş.

Ольга Богрунова

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR