İranın Ali Lideri Ayətullah Seyid Əli Xameneyi İranın bu yaxınlarda Səudiyyə Ərəbistanı vəliəhdi vasitəsilə ABŞ prezidentinə mesaj göndərdiyinədair məlumatları "açıq-aşkar yalan" adlandırıb.
Musavat.com xəbər verir ki, onun bugünkü çıxışını Mehr agentliyi yayıb. Xameneyi iddia edib ki, İran xalqı iyun ayında 12 günlük müharibədə ABŞ və İsraili məğlub edərək birliyini qoruyub. O, İsrail və ABŞ-ın 20 ildir ki, təcavüzə hazırlaşdığını və sonda məğlub olduğunu deyib.
İranın Ali Lideri həmçinin bildirib ki, İran heç vaxt regiondakı heç bir siyasətçidən hazırkı ABŞ hökumətinə heç bir mesaj göndərməyib və bu cür iddialar "açıq-aşkar yalan"dır. O, bunu deyərkən bəzi media orqanlarının Səudiyyə Ərəbistanı vəliəhdinin İran prezidenti Məsud Pezeşkiyanın mesajını ABŞ prezidenti Donald Trampa çatdırdığı barədə xəbərlərini nəzərdə tutub.
Xameneyi hazırkı ABŞ hökumətini "müharibə qızışdıranlar və sionist rejimin cinayətlərinə əlbir olanlar" adlandıraraq, bildirib ki, İran ABŞ hökumətini "danışıqlara layiq olmayan tərəf" hesab edir.
Musavat.com






