İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin dəfn tarixi açıqlandı

1065 13.06.2026 16:32 Son xəbər A A

İranın sabiq ali rəhbəri Ayətullah Seyid Əli Xamenei 9 iyulda Məşhəddə dəfn ediləcək.

Musavat.com APA-ya istinadla bildirir ki, bu barədə Seyid Əli Xameneinin dəfn mərasimi üzrə qərargah məlumat yayıb.

Məlumata əsasən, Xameneinin vida mərasimi 4-5 iyul tarixlərində Tehrandakı Mosalla kompleksində keçiriləcək, cənazə daha sonra Qum şəhərinə yola salınacaq.

Qum şəhərində vida mərasimindən sonra Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR