İnsanlara hürriyət, millətlərə istiqlal!

Xain İranı belə CƏZALANDIRAQ! - Yaxın saatlarda sərt qərarlar veriləcək...

4043 27.01.2023 12:16 Gündəm A A

"İran kimi bir dövlətdə təhlükəsizlik məsələləri çox ciddi şəkildə nəzarətdədir. Bundan əvvəl Səudiyyə Ərəbistanının səfirliyinə hücum edilmişdi. Nə üçünsə hər zaman həmin dövrdə İranla yaxşı münasibətləri olmayan ölkələrə hücum edilib".

Bunu Musavat.com-a Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov deyib.

 diplom.PNG (512 KB)

"Bundan öncə bir neçə dəfə İran tərəfindən səfirliyimiz təhdid edilmişdi. Bunu da unutmayaq. Britaniyadakı səfirliyimiz də zamanında İrana yaxın qrup tərəfindən hücuma məruz qalmışdı. İndi əlbəttə ki, kimisə günahlandırmağa cəhd göstərəcəklər, kiminsə üzərinə atacaqlar. Bu hadisə Azərbaycanın suverenliyinə qəsddir. 2 gün öncə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü. Daşkənddə də Azərbaycan və İran səfirləri görüşmüşdü. Görünən odur ki, baxmayaraq ki, Azərbaycanda İranla bağlı sakitlikdir, amma İran tərəfi öz radikal addımlarından çəkilmək istəmir. Bu hadisə əlbəttə ki, sadəcə qınanılmayacaq. Yaxın saatlarda İranla bağlı qərarlar veriləcək. Səfirliyimiz yəqin ki, məsləhətləşmələr üçün çağırılacaq. İranın Azərbaycana qarşı bu mövqeyi ölkəmizin çox sərt, radikal addımlar atması ilə nəticələnəcək, eyni zamanda prinsipial nəticələr çıxarmasına səbəb olacaq. Bu hadisələr bir daha onu deyir ki, Azərbaycanın təhlükəsizliyi üçün tədbirlər düzgün şəkildə görülüb və bundan sonra da görüləcək. Eyni zamanda Araz çayının tam şimalında bir "təhlükəsizlik çətiri" yaradılmalıdır. Düşünürəm ki, iki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin bir daha İranın nəzərinə çatdırılması lazımdır", - politoloq qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR