İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda avtomobil ana və qızını vurub

298 21.08.2022 22:55 Hadisə A A

Xaçmazda ana və qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un "Report"a istinadən xəbərinə görə, hadisə rayonun Nabran kəndindəki istirahət mərkəzlərinin birinin qarşısında qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı minik avtomobili Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Səbinə İqor qızı Barinovanı və onun qızı, 2011-ci il təvəlludlü Sabrina Dmitri qızı Barinovanı vurub.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR