İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçatryan yenə yalan DANIŞDI: "Mən silah götürüb Əvəz dayını vurmaram" - VİDEO

984 24.10.2023 12:23 Son xəbər A A

Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az xəbər verir ki, prosesdə zərərçəkmiş Alış Alışov ifadə verib.

Zərərçəkən Vaqif Xaçatryanı Meşəli hadisələrindən tanıyıb:

“Meşəli hadisəsi başlayanda mən ailəmlə kəndə idim. Xaçatryanı orda gördüm. Rəhmətlik Novruzun evinin üstündə Xaçatryan, onun qardaşı gəlib qonşunu baltayla vurub öldürdü. Mən öz evimdən Xaçatryanı gördüm. Baltayla başından vurandan sonra neçə güllə açdılar. Vaqif boynuna almasa da hamımız bunu bilirik. Qardaşı da bilir”.

Daha sonra onlar arasında üzləşmə keçirilib. Vaqif Xaçatryan onu tanımadığını, hadisələri baş verən vaxt kənddə olmadığını bildirib:

“Ay qadan alım, mən tanımıram səni. Mən ordfa olmamışam. Mən silah götürüb əvəz dayını vurmaram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR