İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xaçatryan bizim bütün kənd sakinlərimizə zülm verib" - VİDEO

506 01.11.2023 11:46 Kriminal A A

"Vaqif Xaçatryan bizim kəndin sakinlərinə zülm verib. Bizi bir dəfə yaylaqda atəşə tutmuşdular".

Musavat.com xəbər verir ki, bu sözləri Meşəli qətliamının şahidi, zərərçəkmiş Elşən İbadullayev deyib.

Zərərçəkmiş qeyd edib ki, hadisə zamanı uşaqlar da olub:

"Hadisə günü də kəndə hücum etdilər. Mikrofonla deyirdilər ki, təslim olun. Qənimət kişi təslim olmuşdu. Niyə güllələdilər? Kömək olmasaydı, bizi də öldürəcəkdilər. Evimizi, tövləmizi yandırmışdılar. İçində heyvanlar da yanmışdı. Vaqif Xaçatryan orada olub. Vaqifə görə 30 ildir evimdən didərgin düşmüşəm. Ona ömürlük cəza verilməsini istəyirəm".

Digər zərərçəkmiş Niyazi İbadullayev bildirib ki, hadisə zamanı Meşəli kəndində olmayıb. Onun sözlərinə görə, hadisə zamanı qardaşı Sabir şəhid olub:

"Mən həmin kəndin sakiniyəm. Qardaşım, bibim və digər şəxsləri maşında güllələyiblər. Qohumlarımdan eşitmişəm ki, Vaqif Xaçatryan da bu hadisədə fəal iştirak edib. Çoxlarının adını çəkiblər. Ernis, Armais da orada olub. Vaqif Xaçatryana ömürlük cəza verilsin".

Vaqif Xaçatryan bildirib ki, Armais, Ernis də Meşəli kəndində baş verən hadisədə iştirak ediblər.

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR