İnsanlara hürriyət, millətlərə istiqlal!

X platformasında böyüklər üçün cinsəl məzmuna icazə veriləcək

386 04.06.2024 12:52 Dünya A A

"SpaceX" və "Tesla"nın qurucusu, dünyanın ən zəngin insanlarından biri olan İlon Mask tərəfindən alındıqdan sonra bir sıra dəyişikliklər edilən. adını Twitter-dən X-a dəyişdirilən sosial media platformasında böyüklər üçün seksual məzmunlu kontentlərin yayınlanmasına icazə veriləcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, X sosial media platformasına dair yeni qaydalar açıqlanıb və yeni qərar uşaqların təhlükəsizliyini təmin etmək üçün qəbul edilib.

X-də pornoqrafik məzmuna rəsmi icazə verilməsinə qərar verildiyi halda, yetkin və zorakılıq məzmunlu yazıların 18 yaşından kiçik və ya onları görməyə üstünlük verməyən istifadəçilər tərəfindən görülməsinin bloklanacağı açıqlanıb.

Yeniliklər uşaqların sosial mediada qeyri-münasib məzmuna daxil olmasının qarşısını almaq üçün dünya üzrə platformalarda tənzimləyici təzyiqlərin artması ilə əlaqədardır.

Əvvəllər X insanların platformada böyüklər üçün məzmun yerləşdirməsini əngəlləməyib. OnlyFans kimi abunə xidmətlərində məzmun yaradan istifadəçilər illərdir tanıtım məqsədləri üçün X-dən istifadə ediblər.

18 yaşından kiçik istifadəçilər və ya profillərində doğum tarixini qeyd etməyənlər bu məzmuna baxa bilməyəcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR