İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ÇALXALANIR - Sarkisyandan BƏDBİN PROQNOZ

795 29.07.2024 16:25 Region A A

“12 milyard dollarlıq dövlət borcu Ermənistan üçün son dərəcə təhlükəlidir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib.

Sarkisyanın sözlərinə görə, bu pullar müdafiənin gücləndirilməsinə, iqtisadi və sosial problemlərin həllinə yönəldilə bilərdi.

“Əhalinin yarıdan çoxunun yoxsul olduğu və iki qonşu ölkə ilə təhlükə altında olan Ermənistanda xərclərin 13%-i borcların ödənilməsinə yönəldilib. Bu sürətlə Ermənistanın öz borcunu dövlət əmlakını satmaqla kompensasiya etmək məcburiyyətində qalacağı bir vaxta gələcəyik”, -  deyə o vurğulayıb.

Auditorlar Palatasının sədri qeyd edib ki, Ermənistanı Avropa İttifaqına üzv olmağa çağıran hər kəs İrəvana qarşı çıxır, çünki onun iqtisadiyyatı orada rəqabətədavamlı deyil.

“Ermənistan Avropa İttifaqında xoş qarşılanmır. Aİ Ermənistana yer açıbmı? Xeyr” - deyə Nairi Sarkisyan bildirib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR