İnsanlara hürriyət, millətlərə istiqlal!

Vüqar Bayramov: “Dərman vasitələrinin 20 faizindən çoxunu Türkiyədən idxal edirik”

479 11.04.2023 14:08 Son xəbər A A

Deputat Vüqar Bayramov Milli Məclisin iclasında çıxışı zamanı bildirdi ki, 2022-ci ildə dərman vasitələrinin idxalına 505 milyon dollar vəsait xərclənib. “Dərman idxalı 2021-ci ildə 408.7 milyon dollar, 2020-ci ildə

327.2 milyon dollar, 2019-cu ildə isə 261.6 milyon dollar olub. Bu, o deməkdir ki, son 3 ildə dərman idxalı 2 dəfə artıb”-deputat bildirdi.

V.Bayramovun sözlərinə görə, dərman idxalında son illər artımlarlğın əsas səbəbləri idxal inflyasiyası ilə yanaşı, COVİD-19 pandemiyası dövründə tələbin yüksəlməsi olsa belə, post-pandemiya dövründə də idxalın həcmində artımlar müşahidə edilməkdədir: “Dərman vasitələrinin 20 faizindən çoxunu Türkiyədən idxal edirik. İllik idxalımız qardaş ölkədən 80 milyon dollardan çoxdur. Amma bununla belə, Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə kəskin bahadır. Azərbaycanda dərmanların qiymətlərinin optimallaşdırılması və əlçatanlığın artırılması çox vacibdir. Eyni zamanda, dərman idxalında Almaniya, Rusiya, Hindistan və İtaliya xüsusi paya malikdir. Həm dərman vasitələrinin qiymətinin aşağı salınması, həm də idxaldan asıllığın azaldılması üçün yerli istehsalın stimullaşdırılması çox vacibdir”.

Deputat qeyd etdi ki, dvacib məsələ qiymət siyasətinin təkmilləşdirilməsidir: “Taarif Şurası tərəfində həyata keçirilən qiymət siyasətinin təkmilləşdirilməsi həm də sahibkarlıq fəaliyyətinin bu sahədə genişləndirilməsi baxımdan vacibdir. Bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR