İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodin: "Ukrayna Qərb silahlarının sınaq meydanına çevrilib"

419 14.04.2023 12:15 Son xəbər A A

Rusiya parlamentinin aşağı palatasının sədri Vyaçeslav Volodin Telegram kanalında yazıb ki, ABŞ və NATO Ukraynadan silah sınağı meydanı kimi istifadə edir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Volodin bu mövzuda fikirlərini belə davam etdirib: “Aydındır ki, Vaşinqton və NATO üçün Ukrayna silahlar, o cümlədən bioloji silahlar və müharibə aparmağın yeni üsulları üçün sadəcə sınaq meydanıdır”.

O, Vaşinqton və Brüsselin Ukraynaya yanaşmasını ikiüzlülük adlandırıb, onun əhalisinin və iqtisadiyyatının problemlərini düşünmədiklərini, eyni zamanda, Kiyevi dəstəkləməyə davam etmək əzmində olduqlarını bəyan edib.

Volodin Qərb ölkələrinin sakinlərinin Ukrayna məsələsində öz hakimiyyətlərinin siyasətindən narazılığının artdığını qeyd edib.

"İddialar göz qabağındadır: onlar öz ölkələrini inkişaf etdirmək, vətəndaşların problemlərini həll etmək əvəzinə, pulları... cinayətkar Kiyev rejiminin saxlanmasına yönəldirlər", - Dövlət Dumasının spikeri vurğulayıb.

Qeyd edək ki, son vaxtlar Volodin və onun ranqında olan rus siyasilər tez-tez Qərb ölkələrinin əhalisinin Ukrayna məsələsinə görə öz hökumətlərindən narazı olduqlarını qabardırlar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR