İnsanlara hürriyət, millətlərə istiqlal!

"Viran qalmış kəndimiz" - Məlahət Abbasova ağladı

888 11.10.2022 16:47 Şou-biznes A A

"Sənə şükürlər olsun, Allahım. 30 il işğal altında qalan anamın vətəni - Cəbrayıl rayonu, Daşkəsən kəndi. Bakı-Zəngilan dəmiryolu... Oturduğum yer anamgilin dağılmış evinin qapısıdır".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Məlahət Abbasova instaqram hesabında yazıb. O, illər əvvəl işğaldan azad olunmuş Cəbrayıla yollanıb. Aktrisa "Biz qayıdırıq" proqramında oradakı evlərindən bəhs edib:

"Uşaqlıq xəyallarım, arzularımın kəndi. Nağıl dünyamın yıxılmış, dağılmış, viran qalmış bir kəndi ilə qarşılaşdım. Yenə də bu günümüzə şükür. 30 il işğal altında qalan torpaqlarımıza qovuşduq. Ən böyük arzum idi Cəbrayılı görmək. Mənə bu gözəl günü yaşadan, anamla birlikdə bizi doğma Cəbrayıla qovuşduranlara təşəkkür edirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR