İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesiyada turistlərə bu məhdudiyyətlər tətbiq ediləcək

486 01.01.2024 01:39 Dünya A A

İtaliyanın turizm şəhəri Venesiya ziyarətçi sıxlığına qarşı yeni tədbirlər həyata keçirəcək.

Məlumata görə, Venesiya hakimiyyəti bələdçinin müşayiəti ilə turist qruplarının sayının azaldılması qərarını təsdiqləyib.

Qərara alınıb ki, şəhərə gələn turist qruplarında insanların sayı 25 nəfərdən çox olmamalıdır.

Turist qruplarının sayının məhdudlaşdırılması və səsgücləndiricilərin qadağan edilməsi ilə bağlı qərar 2024-cü ilin iyun ayından qüvvəyə minəcək.

Qeyd edək ki, turizmə nəzarət etmək üçün daha əvvəl şəhərin ən sıx olduğu müəyyən günlərdə turistlərdən gündə 5 avro alınacağı açıqlanmışdı.//Baku.ws

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR