İnsanlara hürriyət, millətlərə istiqlal!

Vegetarian sosial media fenomeni aclıqdan öldü -FOTO

910 01.08.2023 10:26 Hadisə A A

Vegetarian qidalanma tərəfdarı və sosial media fenomeni olan 39 yaşlı Janna Samsonova Cənub-Şərqi Asiyaya səfəri zamanı yalnız ekzotik meyvə yeməsi səbəbindən aclıqdan ölüb.

Musavat.com xəbər verir ki, 39 yaşlı Rusiya vətəndaşı Janna Samsonovanın yaxınları tərəfindən verilən açıqlamada onun iyulun 21-də aclıqdan öldüyü açıqlanıb.
 
Sosial mediada vegan qidalanmanı təbliğ edərək milyonlarla izləyiciyə çatan Zhanna D'Art kimi tanınan fenomen Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Yaxın dostu mətbuata bildirib ki, Samsonova Şri-Lankaya səfər edərkən kifayət qədər yorğun görünüb, müalicə üçün evə göndərilib, ancaq yenidən geri qayıdıb.
 
Samsonovanın anası isə qızının ölümünü vəbaya bənzər infeksiya ilə əlaqələndirir, lakin meyitin yarılma hesabatının hələ açıqlanmadığı qeyd edilir.
 
Musavat.com
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR