İnsanlara hürriyət, millətlərə istiqlal!

VAXT yetişib! Azərbaycan ermənilərə belə DƏRS verəcək

2968 13.05.2023 17:54 Siyasət A A

“Həm Ermənistan, həm də Qarabağda yerləşən qeyri-qanuni erməni dəstələri tərəfindən törədilən təxribatlar onu göstərir ki, əks əməliyyat aparılması məsələsinin vaxtı çoxdan yetişib. Görünür, biz onun ərəfəsindəyik”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

fikret.jpg (101 KB)

Politoloqun fikrincə, Ermənistan Qarabağdakı separatçıları təxribatlara ona görə cəlb edir ki, danışıqlar zamanı Azərbaycanı etnik təmizləmədə günahlandırsın, təcavüzkar bir dövlət kimi qələmə versin:

“Paşinyan sazişə imza atmaqdan çəkinir. Qorxur ki, müxalifət, “Qarabağ klanı”, revanşistlər onu hakimiyyətdən devirə bilər. Paşinyan başa düşmür ki, Azərbaycanla üzləşəndə və itkilər verəndən sonra onun vəziyyəti daha da gərginləşəcək. Bunu dərk etmək üçün siyasi təcrübə, uzaqgörənlik lazımdır. Bunlar da Paşinyanda yoxdur. Görünür, vaxt artıq keçib. Bundan sonra hansısa müsbət təcrübənin olması böyük bir şübhə altındadır”.

Politoloq Azərbaycan, Ermənistan və Aİ liderlərinin sabah Brüsseldə keçiriləcək görüşündən də danışıb:

“Brüssel görüşü barədə optimist deyiləm. Doğrudur, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çalışır və bu, birinci görüş deyil. Digər görüşlər cüzi olsa da, razılaşmaya yaxın bir vəziyyət yaratmışdı. Amma onu yaddan çıxarmayaq ki, Fransanın Avropa İttifaqında təzyiqi çox güclüdür. Fransa Aİ-nin aparıcı qüvvələrindən biridir və o da Brüsselin özünə və Avropa İttifaqı tərəfindən qəbul olunan qərarlara öz təzyiqini göstərir. Düşünmürəm ki, Fransanın ermənipərəst mövqeyi hansısa razılaşma əldə olunmasına imkan yaratsın. Xüsusilə ona görə ki, Fransa İrəvanda hərbi attaşe təsis edir, Ermənistanla hərbi-texniki əməkdaşlıq edir. Bu kontekstdə Brüsseldə hansısa bir obyektiv sazişin imzalanması mümkün görünmür”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR