İran tərəfi bu bazar günü ABŞ ilə hər hansı bir sazişin imzalandığına dair yayılan məlumatları qəti şəkildə təkzib edib.
Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu CNN telekanalının İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) etibarlı mənbələrinə istinadən yaydığı şok məlumata görə, Tehranda hazırda Vaşinqtonla ümumiyyətlə hər hansı bir müqavilə imzalamağın lazım olub-olmaması barədə pərdəarxasında çox ciddi və gərgin müzakirələr davam edir.
Mənbələr bildirir ki, İranın hərbi və siyasi rəhbərliyi arasında Ağ Evə etimad məsələsində ciddi fikir ayrılıqları yaranıb və Tehranın bu razılaşmadan tamamilə imtina edərək danışıqlar masasını tərk etmək ehtimalı olduqca yüksəkdir.
Bölgədəki bu qeyri-müəyyənlik qlobal miqyasda geosiyasi gərginliyi yenidən pik həddə çatdırıb.
Musavat.com






