İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbov Nəcməddin Sadıxovu və Xanlar Vəliyevi necə uddu? - Aygün Muradxanlının yazısı

3348 23.12.2022 17:45 Gündəm A A

Tanınmış jurnalist, PrimeTV-nin rəhbəri Aygün Muradxanlı maraqlı statusla çıxış edib. Musavat.com informasiya əhəmiyyətini və aktuallığını nəzərə alaraq, həmin yazını oxucularına təqdim edir:

"Naxçıvan məsələsi o qədər önəmlidir ki, MM-də Nəcməddin Sadıxovun həbsi, Tərtər işinin istintaqı müzakirələri də oradan gələn xəbərlərin önünə keçə bilmir. Çünki Ramiz Mehdiyevin hələ də rəhbərlik etdiyi Rusiya, dövlət orqanlarına şaxələndirilmiş İran, FETÖ-PKK xətti üzrə Qərb 5-ci kolonlarının əsas qalası son həftələrə qədər Naxçıvan idi. Orada durum tam nəzarətə alınmadan sabotajlardan sığortalanmaq mümkün ola bilməzdi.

Amma insafən, Vasif Talıbov durumu doğru dəyərləndirərək ciddi dirəniş göstərmədi. Görünür anladı ki, Patruşevdən, SEPAH-dan, ya da okean üzərindən birbaşa və ya dolayısı ilə gələn tapşırıqları yerinə yetirib Bakıya müqavimət göstərsə, həbsi qaçılmaz olacaq. Azadlığını komandasından qopmaqla satın aldı.

İndi bölgədə ciddi şəkildə uzlaşdırılmış Bakı-Ankara xətti start götürüb. Bakının yerli idarəetməyə əl gəzdirməsindən sonra Ankara seçkin diplomatlarından Asip Kayanı Vyanadan geri çağırıb Naxçıvana baş konsul göndərdi. Bir tərəf Ermənistan, bir tərəf İran.., Naxçıvan Türkiyənin Turan qapısıdır, əmin əllərdə olmalıdır. Bu addım tümgeneral Bahtiyar Ersay Paşanın təyinatı qədər vacib idi. Ardınca prezident İlham Əliyev Türkiyənin ilk üçlükdə yer alan ali məktəblərindən ODTÜ məzununu bölgəyə səlahiyyətli mümayəndə təyin etdi. Bildiyim qədərilə Fuad Nəcəfli iş həyatına Türkiyə ortaqlıqları ilə başlayıb və uzun illər belə davam edib. Yəni onun özü Türkiyə-Azərbaycan ortaq xəttidir.

Proses millətimizin, dövlətlərimizin xeyrinədir - buna inanıram. 3-ün kubunu 36 sayanların ODTÜ məzununa "yeni xan” deməsinə fikir verməyin.

Ciddi savaş gedir, çalışın Azərbaycan tərəfdən vuruşun."

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR