İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu açıqlama baş məşqçini ŞOKA SALDI, istefa vermək istədiyini dedi – SON DƏQİQƏ

720 01.08.2024 15:00 İdman A A

Premyer Liqada yeni mövsümə sabah start veriləcək. «Araz-Naxçıvan» və «Qarabağ» ilk oyun günündə üz-üzə gələcək.

Bu matç Elmar Baxşıyev üçün sonuncu ola bilər. Mart ayında komandanın sükanı arxasına keçən mütəxəssis buradan ayrılmaq niyyətindədir.

Baş məşqçi fikri barədə klub rəsmilərini məlumatlandırıb.

O, buna səbəb kimi Naxçıvan Futbol Federasiyasının yeni sədri Zaur Axundov açıqlamasını göstərib. Bildirib ki, ona etimadın olmadığı yerdə qalmaq istəmir.

Z.Axundov qardaşı Ramin Axuqdovun prezidenti olduğu "Araz-Naxçıvan" haqda mediaya danışıb. Və Elmar Baxşıyevə 2 ay vaxt verdiyini bildirib:

"Artıq Premyer Liqada yeni mövsüm start götürür. Komanda Ərzurumdan, təlim-məşq toplanışından qayıdıb.

Məni tanıyırsınız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da.

Düzdür, hərdən emosional oluram. Lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var.

Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odur ki, "Araz-Naxçıvan"dan da uğur gözləyirəm.

Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb.

99 faiz arzulanan komanda yığılıb. Axsayan bircə yer var, o da müdafiənin mərkəzidir.

O mövqe üçün də axtarışlarımız davam edir. İlk tura da olmasa, 2-ci, 3-cü tura qədər bu məsələ həll olacaq. Bir sözlə, lazım olan şərait yaradılıb.

Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdır. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdur.

"Araz-Naxçıvan"ın hədəfi avrokuboklardır. Mən "Keşlə"də də olanda hədəf Avropa idi, fərqi yoxdur, bu nəticə kubokdan qazanılır, ya çempionatdan.

Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. "Keşlə"də 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq.

"Araz-Naxçıvan"ın avrokuboklara düşməyinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq.

İki aya nəticə olmasa, onu yola salacağıq. Ancaq Elmara inanıram. İşləməsi və nəticə qazanması üçün əlində yaxşı material var. Qalanı texniki məsələdir"./SPORTINFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR