İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı siyasətçidən ŞOK etiraf: “HƏMAS liderinə hücum...”

968 01.08.2024 14:22 Dünya A A

Məsud Pezeşkianın seçki qərargahının rəhbəri Əli Əkbər Bəhməneş İsmayıl Həniyənin öldürülməsindən danışıb.

Musavat.com xəbər verir ki, “The New York Times” qəzeti “İranın Yaxın Şərq böhranını artıran cavab riski variantları” başlıqlı məqaləsində iranlı siyasətçi, ölkə prezidenti Məsud Pezeşkianın seçki qərargahının rəhbəri Əli Əkbər Bəhməneşdən sitat gətirərək yazıb:

“İsmayıl Həniyəyə edilən hücum İranın bölgədəki mövqeyinə vurulmuş böyük bir sillə idi. HƏMAS rəhbərinə sui-qəsd ölkəmizi alçaldıb və İranın bütün təhlükəsizlik sistemini sarsıdıb”.

İslahatçı siyasətçiyə görə, baş verən hücum Tehranın strukturunda ciddi boşluqların olduğunu göstərib.

Qəzetdə qeyd olunub ki, Beynəlxalq Böhran Qrupunun İran layihəsinin rəhbəri Əli Vaez terror aktı ilə bağlı deyib: “Bu hücum İranın yeni prezidentinin fəaliyyətinin ilk günündə böhran yaradıb”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR