İnsanlara hürriyət, millətlərə istiqlal!

Varujan Qeqamyandan türklərlə bağlı SENSASİON AÇIQLAMA

1765 15.11.2023 16:17 Son xəbər A A

“Erməni ictimaiyyətində (Ermənistanda və diasporada) son vaxtlar fəal şəkildə belə bir tezis yayılır: “əslində Ermənistanla Türkiyə arasında heç bir ciddi problem yoxdur. Mövcud münaqişənin səbəbi isə ermənilərin türklərin ərazisinə doğru genişlənməsi və xarici qüvvələrin (xüsusən də Rusiyanın) müdaxiləsidir”.

Musavat.com xəbər verir ki, bu barədə erməni türkoloq Varujan Qeqamyan özünün teleqram kanalında yazıb.

“Bu cür bəyanatlar qarşıdakı aylarda daha çox olacaq. Türkiyə-Ermənistan münaqişəsinin bu cür şərhi qeyri-elmi və reallığa ziddir və əks tezis asanlıqla sübuta yetirilir”, - deyə revanşist ekspert qeyd edib.

Qeqamyan bölgədə türk gücünün artmasına bir sıra örnəklər gətirib. Bunlardan biri Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsidir. Onun fikrincə, Azərbaycan Türkiyə ilə birlikdə “bölgəni tamamilə almaq üçün” hər şeyi edir.

“Yəni türk qohumbazlığı bu və ya digər xalqın türklərə münasibətindən deyil, Türkiyə və Azərbaycanın bölgədəki təbii geosiyasi impulslarından qaynaqlanır”, - deyə Qeqamyan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR