İnsanlara hürriyət, millətlərə istiqlal!

Varlılar bu il daha da varlanıblar

424 29.12.2023 19:43 Dünya A A


2023-cü ildə planetin 500 ən varlı adamının ümumi sərvəti 1,5 trilyon dollar artıb.

Musavat.com xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, ilin sonuna doğru “Tesla Inc.”in rəhbəri İlon Mask "Bloomberg Billionaires" reytinqində birinci yeri bərpa edib.

Maskın sərvəti bu il “Tesla” səhmlərinin dəyərinin 105 faiz artması (ikiqat) sayəsində 95,4 milyard dollar çoxalaraq 232,393 milyard dollara çatıb. Nəticədə o, bir il ərzində reytinqdə birinci yeri tutan fransız milyarder Bernard Arnonu geridə qoyub.

Arno dünyanın ən böyük lüks mallar istehsalçısı “LVMH Moet Hennessy Louis Vuitton SA”ya rəhbərlik və nəzarət edir. Qlobal iqtisadiyyatda ümumi tənəzzül və dəbdəbəli mallara tələbatın azalması LVMH səhmlərinin dəyərinin artım dinamikasını məhdudlaşdırıb, şirkətin səhmləri bu il cəmi 8,4 faiz bahalaşıb.

Hazırda Maskın sərvəti Arnonu (178,979 milyard dollar) 50 milyard dollardan çox üstələyir.

"Amazon.com Inc"in təsisçisi. Jeff Bezos bu il sərvətinə 70 milyard dollar əlavə edərək, onu təxminən Arnonun sərvətinə bərabərləşdirib.

"Microsoft" Korporasiyasının təsisçisi Bill Qeytsin sərvəti 2023-cü ildə 140,511 milyard dollara, “Microsoft”un keçmiş baş direktoru Stiv Balmerinki 130,529 milyard dollara yüksəlib. Onlar Bloomberg Milyarderlər reytinqində ilk beşliyi tamamlayırlar.

Hindistanlı milyarder və “Adani Group”un sahibi Gautam Adani 2023-cü ilin sonunda “Hindenburg Research” tərəfindən irəli sürülən bazar manipulyasiyası və hesabat saxtakarlığı ittihamları nəticəsində 37,3 milyard dollar itirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR